İXTİSASLAR
Hazırda fakültədə 2 ixtisas üzrə bakalavr, 7 ixtisas üzrə magistr hazırlıgı aparılır.
Bakalavr hazırlıgı üzrə:
Magistr hazırlıgı üzrə:
KAFEDRALAR
Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir:
(kafedra müdiri – prof. F.Ə.Əmirov)
(kafedra müdiri – prof. Y.N. Qəhrəmanlı)
(kafedra müdiri – prof. Ə.A.Həsənov)
Kimya texnologiya fakültəsində 1 akademik, 16 professor, 64 dosent, 18 baş müəllim və assistent çalışır. Hazırda Kimya texnologiya fakültəsinin əyani şöbəsində 1012 nəfər, qiyabi şöbədə 5 nəfər təhsil alır.
2016-cı ildən ADNSU rektorunun əmri ilə fakültənin nəzdində «Yeni kimyəvi materiallar və texnologiyalar» adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyaya k.e.d, professor Bağıyev Vaqif Laçın oğlu rəhbərlik edir.
ADNSU-da kimyaçı mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi «Neft sənayesi» fakültəsində, 1934-ci ildən «Neft texnologiyası», 1940-cı ildən isə «Kimya texnologiyası» fakültəsində həyata keçirilir. Fakültədə yarandığı gündən indiyədək neft emalı və neft-kimya sənayesi üçün 18000-ə yaxın kimyaçı-mühəndis texnoloq hazırlanıb. 1981-ci ildən fakültədə xarici ölkə vətəndaşlarının hazırlığı həyata keçirilir. Ötən illər ərzində dünyanın 54 ölkəsi üçün 332 bakalavr, 326 magistr və 33 elmlər namizədi hazırlanıb.
Kimya-texnologiya fakultəsinin dekanı Məmmədxanova Sevinc Əbdühhəmid qızı
Məmmədxanova Sevinc Əbdühhəmid qızı 1965-ci il iyul ayının 12 –də Bakı şəhərində anadan olub. 1983-ci ildə Bakı şəhər 240№-li orta məktəbini bitirib.1987-ci ildə M.Əzizbəyov adına Neft-kimya İnstitutunun Kimya texnologiya fakültəsinin “Əsas üzvi və neft-kimyası sintezinin texnologiyası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, qazın kimyası və emalının texnologiyası” kafedrasının “Neft emalında kataliz” problem laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildən “Neftin qazın emalı və sənaye texnologiyası” kafedrasında assistent, 2007-ci ildən dosent vəzifəsində çalışmışdır. 2016-cı ildən hal-hazıradək isə bu kafedrada proffessor vəzifəsində çalışır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən Kimya-Texnologiya fakültəsinin Elmi Şurasının üzvüdür. 2010/2017 ci illərdə Kimya-Texnologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsini icra etmişdir. 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Şurasının üzvüdür.72 elmi və tədris-metodiki işin, 5 dərs vəsaiti və 4 dərsliyin müəllifidir.
Kimya texnologiya fakültəsində 6 tyutor və 1 kompüter operatoru fəaliyyət göstərir.
KIMYA TEXNOLOGIYA FAKÜLTƏSİ ELMİ İŞÇİ VƏ TƏLƏBƏ SAYI |
|
|
Sayı |
Akademik |
1 |
Professor |
16 |
Dosent |
64 |
Baş müəllim və assistent |
18 |
Bakalavr |
1328 |
Magistr |
110 |
Hal hazırda Kimya Texnologiya Fakültəsində akademik Yusif Məmmədəliyev və akademik Murtuza Nağıyev adlı təqaüdlər təsis edilmişdir. Bu təqaüdlər hər semestr Ümumi Orta Müvəffəqiyyət göstəricisi ən yüksək olan və elmi işlərdə fəal iştirak edən, Tələbə elmi cəmiyyətində özünü doğrultmuş ən yaxşı bir nəfər bakalavr, bir nəfər magistr tələbəsinə verilir.
Kafedralar: Mövcud olan 7 kafedra 2016-cı ilin fevral ayından birləşdirilərək:
Fakültənin nəzdində həmçinin “İctimai elmlər» kafedrası da fəaliyyət göstərir.
Tələbələrimiz eləcə də AMEA –nın Y.Məmmədəliyev adına NKPİ-da, AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda, AMEA akademik Murtuza Nağıyev adına «Kataliz və Qeyri-üzvi kimya» İnstitutunda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdindəki AQT İnstitutunda, «FAB boya MMC» şirkətində Polimer zavodunda, “Holtcim” şirkətində, Azərbaycan Sənaye Koorporasiyası “Fortis Qrup” MMC şirkətində, Xırdalan kərpic zavodunda, “Əlvan metallar və ferroərintilər” zavodunda, Bakı Stil Kompani şirkətində, Azər Qold şirkətində ilboyu və gündəlik təcrübələr keçirlər.