Laboratoriya

Bakalavr təhsili

 

ADNSU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Universitetdə təhsilin keyfiyyətinin yaxşılaşdırması üçün 7 fakültə və 27 kafedra fasiləsiz xidmət göstərir. Hazırda bakalavriat səviyyəsində təqribən 13000 tələbə, o cümlədən 410 tələbə ADNSU-nun nəzdindəki Fransız-Azərbaycan Universitetində (UFAZ) təhsil alır. Magistratura səviyyəsində 1180 tələbə təhsilini davam etdirir, doktorantura səviyyəsində 244 nəfər elmi fəaliyyətlə məşğul olur. Tələbələrə Azərbaycan, rus və ingilis dillərində tədris almaq təklif olunur.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov və Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin imzaladıqları dekret əsasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu olaraq yaradılmışdır. Ötən yüz il ərzində dövrün tələblərinə uyğun olaraq universitetin adı bir neçə dəfə dəyişdirilmiş, müxtəlif illərdə Azərbaycan Neft İnstitutu, Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, 2015-ci ildən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmışdır. Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ADNSU-nun ayrı-ayrı fakultələri əsasında yaradılmışdır. İndiyədək Universitetdə 140 minə yaxın tələbə təhsil almışdır. 

Ötən 79 il ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlamışdır. 
ADNSU-nun məzunlarından 50 nəfərdən çoxu Azərbaycan Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 150 nəfərdən çoxu Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, 70 nəfərə yaxını Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. 

Bakalavr kontingenti

    Hal hazırda Kimya texnologiya fakültəsində Kmya mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisası üzrə cəmi 1012 tələbə təhsil alır. Bu tələbələrdən   763 nəfər  kimya mühəndisi , 249 nəfər isə ekologiya mühəndisidir. I kurs üzrə 250,II kurs üzrə 241, III  kurs üzrə 244,IV kurs üzrə 232 tələbə təhsil alır.Təhsilin V  kursunda  Kimya mühəndisliyi ixtisası üzrə 24, Ekologiya mühəndisliyi ixtisası üzrə 4,VI kursunda Kimya mühəndisliyi ixtisası üzrə 8,VII kursunda 1,VIII kursunda 3 tələbə təhsil alır.

Kimya texnologiya fakültəsində 1 akademik, 16 professor, 64 dosent, 18 baş müəllim və assistent çalışır. Hazırda Kimya texnologiya fakültəsinin əyani şöbəsində 1012 nəfər, qiyabi şöbədə  5 nəfər təhsil alır.

 2016-cı ildən ADNSU rektorunun əmri ilə fakültənin nəzdində «Yeni kimyəvi materiallar və texnologiyalar» adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyaya k.e.d, professor Bağıyev Vaqif Laçın oğlu rəhbərlik edir.

Ümumilikdə fakültədə 13 professor, 4 elmlər doktoru, 68 dosent, 2 assistent və 29 laborant çalışır.

 ADNSU-da kimyaçı mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi «Neft sənayesi» fakültəsində, 1934-ci ildən «Neft texnologiyası», 1940-cı ildən isə «Kimya texnologiyası» fakültəsində həyata keçirilir. Fakültədə yarandığı gündən indiyədək neft emalı və neft-kimya sənayesi üçün 18000-ə yaxın kimyaçı-mühəndis texnoloq hazırlanıb. 1981-ci ildən fakültədə xarici ölkə vətəndaşlarının hazırlığı həyata keçirilir. Ötən illər ərzində dünyanın 54 ölkəsi üçün 332 bakalavr, 326 magistr və 33 elmlər namizədi hazırlanıb.

  Kimya-texnologiya fakultəsinin dekanı Məmmədxanova Sevinc Əbdühhəmid qızı

Məmmədxanova Sevinc Əbdühhəmid qızı 1965-ci il iyul ayının 12 –də  Bakı şəhərində anadan olub. 1983-ci ildə Bakı şəhər 240№-li orta məktəbini bitirib.1987-ci ildə M.Əzizbəyov adına Neft-kimya İnstitutunun Kimya texnologiya fakültəsinin “Əsas üzvi və neft-kimyası sintezinin texnologiyası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, qazın kimyası və emalının texnologiyası” kafedrasının “Neft emalında kataliz” problem laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildə dissertanturaya qəbul olunmuş və 2007-ci ildə kimya elmləri namizədi dissertasiya işi müdafiə etmiş və Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2008-ci il tarixli (protokol №04-K) qərarı ilə kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Şurasında kimya üzrə elmlər doktoru dissertasiyasi müdafiə etmişdir. “Neftin qazın emalı və sənaye texnologiyası” kafedrasında professor vəzifəsində çalışmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 may 2015-ci il tarixli (protokol №09-R) qərarı ilə kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. 2003-cü ildən “Neftin qazın emalı və sənaye texnologiyası” kafedrasında assistent, 2007-ci ildən dosent vəzifəsində çalışmışdır. 2016-cı ildən hal-hazıradək isə  bu kafedrada proffessor vəzifəsində çalışır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən Kimya-Texnologiya fakültəsinin Elmi Şurasının üzvüdür. 2010/2017 ci illərdə Kimya-Texnologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsini icra etmişdir. 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Şurasının üzvüdür.72 elmi və tədris-metodiki işin, 5 dərs vəsaiti və 4 dərsliyin müəllifidir.

Kimya texnologiya fakültəsində 6 tyutor  və 1 kompüter operatoru fəaliyyət göstərir.

  1. Abbaslı Nemət Ələmdar oğlu
  2. Məmmədova Gülcənnət Sakit qızı
  3. Əhmədova Cəmilə Rövşən
  4. Süleymanova Ülviyyə Namiq qızı
  5. Hacıyev Yusif Kamran oğlu
  6. Həsənova Fərqanə Çingiz qızı  
  7. Kompyuter opreatoru: Abdullayev Rauf Rizvan 

             2009/2010-cu tədris ilinədək fakültədə: 1. «Kimya-texnologiyası», 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri, 2009/2010-cu tədris ilindən isə 1.»Kimya mühəndisliyi», 2. «Ekologiya mühəndisliyi» və 3. « Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» ixtisasları və 11 ixtisaslaşma üzrə kredit sistemi ilə bakalavr hazırlığı  həyata keçirilir.Fakültədə 3 istiqamət: 1. «Kimya texnologiyası» 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri və 3 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.

            Fakültənin nəzdində 4 ümumi və 3 ixtisas kafedrası, 7 tədris, 6 problem və Rusiyanın «Lukoyl» firmasının təsisçiliyi ilə «Fizika-kimyəvi  analiz metodları» mərkəzləşdirilmiş laboratoriya fəaliyyət göstərir.

2016-cı ildən fakültədə 2 istiqamət; «Kimya mühəndisliyi» və «Ekologiya mühəndisliyi» ixtisasları üzrə yüksək ixtisaslı mühəndis hazırlanır.

            Kafedralar: Mövcud olan 7 kafedra 2016-cı ilin fevral ayından birləşdirilərək: 

  • «Kimya və qeyri-üzvi maddələrin texnologiyası»
  • «Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası»
  • «Neft-kimya texnologiyası və sənaye ekologiyası» kafedraları yaradılıb.

             Fakültənin nəzdində həmçinin “İctimai elmlər» kafedrası da fəaliyyət göstərir.

 «Kimya və qeyri-üzvi maddələrin texnologiyası» kafedrasında 43 əməkdaş, o cümlədən 4 professor, 4 elmlər doktoru və 22 dosent, 3 assistent və 14 laborant(tədris köməkçi heyəti), fəaliyyət göstərir.

 «Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası» kafedrasında 22 əməkdaş, o cümlədən 2 professor və 8 dosent, 3 assistent, 1 baş müəllim və 8 laborant fəaliyyət göstərir.

«Neft-kimya texnolgoiyası və sənaye ekologiyasi» kafedrasında 48 əməkdaş, o cümlədən 7 professor, 5 assistent, 24 dosent, 12 laborant çalışır.

 «İctimai elmlər» kafedrasında 19 əməkdaş, o cümlədən 2 professor və 2 nəfəri elmlər doktoru olmaqla 7 dosent, 4 baş müəllim və 3 müəllimdən ibarətdir. Kafedrada həmçinin 7 əvəzçi müəllim çalışır. Tədris köməkçi heyəti isə 3 nəfərdən ibarətdir.

 FAKULTƏNİN GÖRKƏMLİ ALİMLƏRİ

Kimya-Texnologiya ixtisası üzrə mütəxəssis hazırlığına Baki Politexnik Institutunun (indiki Azarbaycan Dövlət Neft və Sənəye Institutu) fəaliyyətinin ilk illərində başlamışdır. Bu istiqamət üzrə  müxtəlif illərdə həmin institutun nəzdində faaliyyat göstərən 4 "Neft-kimya", "Texnologiya", "Kimya" və 1959-cu ildən fəaliyyətə başlamış   "Kimya-Texnologiya" fakultələrində həyata keçirilmişdir. Fakultənin yaranmasında görkəmli alim və pedaqoqlardan A.A.Axundov, K.N.Quluzadə, S.N.Usaty,  T.S.Axundov və digərlərinin böyük xidməti olmuşdur. Bu illərdə fakultəmizə müxtəlif alimlər rəhbərlik etmişdir. P.C.Şixəlizadə, R.O. Lemberanski, S.F.Qarayev, S.M.Mustafayev,  E.O.Axundov, F.A.Haşımov.