Laboratoriya

Neft-kimya texnologiyası və sənaye ekologiyası

KAFEDRANIN  QISA TARİ

 “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrası ADNSU-da aparılmış struktur islahatları nəticəsində 2016-cı ilin fevral ayında “Neftin, qazın kimyası və emalının texnologiyası”, “Kimya texnologiyasının mühəndis əsasları”,  “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedralarının bazasında yaradılmışdır. Bu  kafedrada  mütəxəssis  hazırlığı   -  “Neftin texnologiyası”, “Neft kimyası”, “Neftin, qazın kimyası və emal texnologiyası” ixtisasları üzrə Kimya-texnologiya fakültəsində həyata keçirilmişdir.

Kafedranı  R.H.İsmayılov, M.F. Nağıyev, Ə.M.Quliyev, M.İ.Rüstəmov, A.M.Əliyev  kimi  akademiklər  bitirmişlər.

Müxtəlif illərdə  kafedraya akad.R.H.İsmayılov, prof. L.A. Quxman,   prof. K.Y. Əcəmov, prof. A.M.Trequbov, prof. C.M.Volox,  prof. R.Ə. Ləmbəranski, prof. M.Q.Məmmədli, prof. İ.A.Şıxıyev, prof. F.F.Muqanlinski, prof. N.Ə.Səlimova, prof. R.İ.Zeynalov, prof. Ç.Ş. İbrahimov, prof. S.Ə.Mustafayev rəhbərlik etmişlər.  2021-ci ildən kafedra müdiri vəzifəsini dos. N.T.Əliyeva   icra edir.

Əliyeva Nərminə Tərlan  qızı 13 avqust 1972-ci ildə  Bakı şəhərində anadan olmuşdur.

O, 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-Texnologiya fakültəsinin “Yanacaq və karbonlu materialların kimyəvi texnologiyası” ixtisasını bitirmişdir. Həmin ildə ADNA-nın “Neft emalında kataliz”problem laboratoriyasına mühəndis vəzifəsinə qəbul edilmişdir. 2001-ci ildə həmin laboratoriyada əvvəlcə kiçik elmi işçi kimi çalışmış, 2007-ci ildən isə “Neftin, qazın kimyası və emalının texnologiyası” kafedrasının assistenti kimi pedoqoji fəaliyyətə başlamışdır.

2001-2005-ci illərdə 05.17.07 “Yanacağın kimyası və texnologiyası” ixtisası üzrə ADNA-nın aspiranturasında qiyabi təhsil almışdır.

Əliyeva Nərminə Tərlan qızı 21.09.2007-ci il tarixində “İkili butil spirtindən metiletilketonun alınması texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2008-ci ildən etibarən “Neftin, qazın kimyası və emalının texnologiyası” kafedrasında dosent vəzifəsində çalışır.

ADNA-da işlədiyi müddətdə N.T.Əliyeva özünü intizamlı, əməksevər, bacarıqlı mütəxəssis kimi göstərmişdir. O, kafedranın elmi, tədris metodiki işlərinin yerinə yetirilməsində fəal iştirak etmişdir. N.T.Əliyeva 24 elmi və tədrisi-metodiki vəsaitin namizədlik müdafiəsindən sonra 5 məqalə, 3 dərs vəsaiti, 1 tezis və 1 Azərbaycan Respublikası Patentinin müəllifidir.

Kafedrada bakalavr pilləsinin 050641-“Kimya mühəndisliyi”, 050649-“Ekologiya mühəndisliyi” və magistr pilləsinin  060641-“Kimya mühəndisliyi” və 060649-“Ekologiya mühəndisliyi” ixtisasları üzrə kadrlar hazırlanır.

Kafedra H.Əliyev adına NEZ-in “Emal qazlarının səmərəli istifadə prosesinin işlənməsi və optimal layihələndirilməsi” (2016-2020-ci illər üzrə) mövzusunda elmi iş yerinə yetirir.

ADNSU-nun “NKT və SE” kafedrası  Universitetin tarixində  ilk dəfə olaraq bir sıra istehsal müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşdur.  Tələbələrin təcrübə imkanlarının genişləndirilməsi məqsədilə bir sıra müəssisələrlə istehsalat müqavilələri imzalamışdır.

AMEA-nın  Radiasiya Problemləri  Institutu,  SOCAR-la və Qazazxıstanın  TOO “İnternational Oil Services Kazakstan” şirkəti ilə  müqavilələr imzalanmışdır,   “Azərsu” ASC, AMEA-nın  Aşqarlar Kimyası İnstitutu ilə  müqavilə imzalamaq ərəfəsindədir.

Kafedranın təhsildə fərqlənən tələbələri “SOCAR”, “BP” kimi böyük şirkətlərdə təcrübələr keçir və bu obyektlərdə müxtəlif istehsal proseslərinin yerinə yetirilməsinə və təşkilinə həsr olunmuş buraxılış işləri və magistr dissertasiyaları üzərində çalışırlar.

BP şirkətində  kimya mühəndisi vəzifəsində çalışan  Kənan Tağıyev “Neft-kimya texnologiyası və sənaye  ekologiyası” kafedrasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi” mövzusunda dərslər keçmişdir.

Braziliyanın “Campinas Dövlət Universitetinin” qida elmləri üzrə doktoru Amin Mousavi Khanegah  akademik yazı və qida təhlükəsizliyi mövzularında bir sıra fakültətiv dərslər keçmişdir.

Hazırda kafedrada  7  professor,  25 dosent  və 3 assistent  tədris prosesinə cəlb edilmişdir.

Kafedranın 6 tədris  və 1 elmi-tədqiqat  laboratoriyası mövcuddur.  Burada 13 laborant çalışır.   Kafedranın AMEA-nın “Neft-Kimya Prosesləri  İnstitutun”da baza kafedrası  yaradılmışdır. Kafedrada 21 nəfər fəlsəfə elməri üzrə və 4 nəfər elmlər doktoru proqramı üzrə  elmi  işini  davam etdirir.

Kafedranın əməkdaşları tərəfindən 2019-cu ildə 76 məqalə, 14 dərslik və dərs vəsaiti, 6 patent, 35 tezis dərc olunmuşdur.

Kafedrada Azərbaycanın yanar şistlərindən alternativ yanacaqların alınması,   neft emalı  zavodlarında alınan  qazların  səmərəli istifadəsi,   neftlərdən  təbii neft  turşularının alınması, neft emalı, neft-kimya  prosesləri tullantılarının tədqiqi, kimya sənayesinin və aparatlarının hesablanma üsulları, ətraf mühit və  neft sənayesi  və optimal  layihələndirilməsi istiqamətlərində   elmi-tədqiqat işləri aparılır.

 

“Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının professoru Keykavus Yusif oğlu Əcәmov

Kimya elmlәri doktoru, professor, Əmәkdar müәllim, Amerika Kimya Mühәndislәri  İnstitutunun fәxri üzvü, Beynәlxalq Ekologiya Akademiyasının hәqiqi üzvü Keykavus Yusif oğlu Əcәmovun әsas elmi fәaliyyәt istiqamәtlәri kinetika vә heterogen kataliz, neftin, qazın kimyası vә onların emalı texnologiyası sahәlәrini özündә birlәşdirir.

Professor K.Y.Əcәmov Azәrbaycan Neft-Kimya İnstitutunun mәzunudur. O, 48 illik elmi-pedaqoji staja malikdir. 1985-ci ildәn professor vәzifәsindә çalışır. 1982-1987-cı illәrdә Kimya texnologiyası fakültәsinin dekanı; 1989-2010-ci illәrdә – “Neftin, qazın kimyası vә emalı texnologiyası” kafedrasının müdiri vәzifәlәrindә çalışmışdır. 2010-ci ildәn ADNSU-nun “Neft-kimya texnologiyası vә sәnaye ekologiyası” kafedrasının professorudur. 1989-cu ildәn “Neftin, qazın, geotexnoloji problemlәri vә kimya” Elmi tәdqiqat institutunun “Neft emalında kataliz” elmi-tәdqiqat laboratoriyasının müdiridir.

Professor K.Y.Əcәmovun rәhbәrliyi altında 35 elmlәr namizәdi, 4 fәlsәfә elmlәr doktoru vә 5 elmlәr doktoru hazırlanmışdır. O, 500-dәn çox elmi әsәrlәrin, o cümlәdәn 45 ixtira vә patent, 28 kitabın müәllifidir.