Laboratoriya

İctimai elmlər

 

ADNSU-nun “İctimai fənlər” kafedrasının tarixi haqqında

MƏLUMAT

Bu günkü ADNSU-nun əsası 1921-ci ilin yanvarında qoyulmuşdur. Həmin dövrdən ayrı-ayrı ictimai fənlərin tədrisi ilə məşğul olan müxtəlif kafedralarda “Fəlsəfə”, “Tarix”, “Məntiq”, “Etika”, “Estetika”, “Mədəniyyətşünaslıq”, “Elmi ateizm”, “Politologiya” və başqa fənlər tədris edilmişdir.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “İctimai fənlər” kafedrası 2005-ci ildə “Azərbaycan tarixi”, “Politologiya” və “Fəlsəfə” kafedralarının bazasında təşkil olunmuşdur.

 Kafedra bakalavr pilləsi üzrə əyani və qiyabi şöbələrdə Azərbaycan və rus dillərində “Azərbaycan tarixi”, “Fəlsəfə”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Multikulturalizmə giriş”, magistr pilləsi üzrə “Psixologiya”, “Elm və texnikanın fəlsəfi problemləri”, “Multikulturalizmə giriş”, “Cəmiyyətin və ekologiyanın fəlsəfi aspektləri”, eləcə də doktorantura pilləsində “Fəlsəfə” fənnləri tədris olunur. 2016/2017-ci tədris ilindən “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Multikulturalizmə giriş” fənnləri həm də ingilis dilli qruplarda tədris olunmağa başlanmışdır.

Kafedranın professor-müəllim heyəti 16 nəfərdən, o cümlədən 2 nəfər professor, 7 dosent, 4 baş müəllim və 3 müəllimdən ibarətdir. Tədris-köməkçi heyəti isə 3 nəfərdən ibarətdir.

         Kafedranın əməkdaşları elmi fəaliyyətlə də ciddi məşğul olurlar. Son 1 ildə kafedra əməkdaşları 3 dərs vəsаiti, 2 proqram,  8 mеtоdiki vəsait, 43 elmi məqalə 7- i xaricdə olmaqla dərc etdirmişlər. 4 nəfər isə namizədlik dissertasiyası üzərində işləyir.

         “İctimai fənlər” kafedrasına 2016-cı ildən tarix elmləri doktoru, professor Mustafayev Camal Mehdi oğlu rəhbərlik edir. Professor C.M.Mustafayev 1952-ci ildə anadan olmuşdur. 1983-cü ildə tarix emləri namizədi, 2007-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almış, 2013-cü ildən isə professordur. 4 monoqrafiya, 70 elmi və elmi-metodiki işin müəllifidir. Professor  C.M.Mustafayev eyni zamanda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun ixtisaslaşmış dissertasiya Şurasının üzvüdür.

Hazırda kafedrada çalışan əməkdaşlar haqıında qısa məlumat:

          - Nuriyeva İradə Tofiq qızı - siyasi elmlər doktoru, professor. 2          monoqrafiyanın, 3 kitabın, 2 dərsliyin, 13 metodiki vəsaitin (1proqramın),  elmi məqalənin, o cümlədən 18-i xaricdə, 6-sı beynəlxalq konfranslarda olmaqla cəmi 83 əsərin müəllifidir.

          -  Məmmədova Kəminə Nəriman qızı - fəlsəfə elmləri namizədi, dosent. 30 elmi məqalənin və metodiki vəsaitin müəllifidir.

          -  Quliyeva Zenfira Qəzənfər qızı – tarix elmləri namizədi, dosent. 2 kitabın, 1 dərsliyin,  61 elmi məqalə və tezisin, 13 metodiki vəsaitin müəllifidir.

          -  Cəfərov Azad Cəfər oğlu – fəlsəfə elmləri namizədi, dosent. 13 elmi məqalə, 1 dərslik və 7 metodiki vəsaitin müəllifidir.

          -   Məmmədov Nail İbayət oğlu – hüquq elmləri namizədi. 26 məqalənin və 1 metodiki vəsaitin müəllifidir.

          -   Əliyev Faiq Həsən oğlu – fəlsəfə elmləri namizədi.

          -   Cəfiyev Tahir Rəşid oğlu – tarix üzrə fəlsəgfə doktoru, dosent.

          -  Yusifova Sevda Fərrux qızı - baş müəllim. 27 məqalənin və 2 metodiki vəsaitin müəllifidir.

          -  Əliyev İlqar Firidun oğlu - baş müəllim. 19 məqalənin və 1 metodiki vəsaitin müəllifidir.

          -  Nağıyeva Svetlana Seyfəddin qızı - baş müəllim. 25 elmi məqalə və tezisin, 12 metodiki vəsaitin müəllifidir.        

          -  Qasımova Nərminə Vaqif qızı – baş müəllim. 1 kitab, 65 elmi məqalənin və 1 metodiki vəsaiti müəllifidir.

          -  Ağayeva Əzizə Firudin qızı – müəllim. 24 məqalənin müəllifidir.

         - Musayev Telman Fərman oğlu – müəllim. 10 elmi məqalə və tezisin müəllifidir.

         - Hüseynova Sevinc Əli qızı – müəllim. 2 məqalənin müəllifidir.

Kafedranın əməkdaşları hər il ixtisasartırma kurslarını keçərək həm elmi, həm də pedaqoji bilik və təcrübələrini artırırlar.

Kafedranın əməkdaşları fənlərin mənimsənilməsinə aid müxtəlif mövzuar üzrə praktiki əhəmiyyət daşıyan metodiki araşdırmalar aparır, bu araşdırmalar əsasında məqalələr, elmi-praktik konfranslarda iştrak etmək üçün məruzələr və onların tezislərini hazırlayırlar.

2016-2020-ci illər üçün kafedranın yeni elmi-tədqiqat işinin mövzusu “Müstəqil Azərbaycan Respublikası – siyasi, sosial-iqtisadi, hüquqi, demokratik və mədəni inkişaf yolunda” adlanır. Elmi-tədqiqat işinin məqsədi - 1991-ci ildən bu günə qədər müstəqil Azərbaycan Respublikasının keçdiyi çətin, lakin şərəfli tarixi yola XXI əsrin başlanığıcından yenidən, həm də yeni bir nəzərlə baxmaq, tarixi prosesləri bu günün siyasi, iqtisadi-sosial və mədəni prizmasından baxaraq təhlil etmək, bu illər ərzində bütün istiqamətlərdə baş vermiş inkişafın elmi izahını vermək, baş vermiş dəyişikliklərin həyata keçirilməsində Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolunu müasir dövrün tarixi, ictimai, fəlsəfi və mənəvi inkişaf kontekstində izahını vermək, alınan nəticələri ümumiləşdirərək toplu halında nəşrinə nail olmaq, gəlinən nəticələri Universitetin professor-müəllim və tələbə kollektivinin istifadəsinə vermək, eləcə də Respublikanın elmi ictimaiyyətinə təqdim etməkdən ibarətdir. Elmi işin 2016/2017, 2017/2018-ci və 2018/2019-cu tədris illərinə işlənilməsi planlaşdırılmış 3 fəsli yekunlaşdıraraq çap edilmiş və ADNSU-nun Elm və İxtiraçılıq şöbəsinə təhvil verilmişdir. Elmi-tədqiqat işinin hazırlanmasında kafedranın bütün əməkdaşları yaxından iştirak etmişlər.

«İctimai elmlər» kafedrasında 19 əməkdaş, o cümlədən 2 professor və 2 nəfəri elmlər doktoru olmaqla 7 dosent, 4 baş müəllim və 3 müəllimdən ibarətdir. Kafedrada həmçinin 7 əvəzçi müəllim çalışır. Tədris köməkçi heyəti isə 3 nəfərdən ibarətdir.