Laboratoriya

Laboratoriyalar

Qeyrı-üzvi maddələr, silikatlar, katalizatorlar və yapışdırıcı materialların kimyəvi texnologiyası

Qeyrı-üzvi maddələr, silikatlar, katalizatorlar və yapışdırıcı materialların kimyəvi texnologiyası laboratoriyasında aparılan təcrübə işləri:

1.Kontakt sulfat turşusu və oleumun analizi;

2. Duru nitrat turşusunun analizi;

3. Xlorid turşusu istehsalında analizlər;

4. Ekstraksiya üsulu ilə  fosfat turşusunun alınmasi;

5. Yodun kütlə  payının təyini;

6. Dənəvər  tərkibinin  təyin edilməsi;

7. Duzların nəmliyinin təyini;

8. Suyun codluğunun təyini;

9. NaOH soda məhlulunun kaustifikasiyasından alınması

10. Əhəngin sınanılması;

11. Gipsin sınanılması;

12. Sementin narınlığını təyini;

13. Sementin möhkəmliyinin təyini.

Üzvi kimya

Üzvi kimya laboratoriyasında yerinə yetirilən işlərinin  siyahısı və onlar haqqında  məlumat

 1.Fraksiyalı distillə     

 2.Sublimasiya       

 3.Sulfanilin alınması   

 4.Heliantinin alınması   

  5.Etil bromidin alınması   

  6.İzopropil bromidin alınması    

  7.Etil sirkə efirinin alınması

  8.Anilinin alınması

  9.Nitrobenzolun alınması

 10. Asetonun alınması

 11. Flüroseynin alınması

 12.Sabunun alınması

                  

Analitik kimya

Analitik kimya laboratoriyasında aparılan laboratoriya işləri:  
1. I və II qrup kationları qarışığının analizi;

2. III qrup kationları qarışığının analizi;

3. Anionlar;

4. Neytrallaşma;

5. Permanqanatometriya;

6. Yodometriya;

7. Fotometrik titrləmə;

8. Fotoelektrokolorimetrik analiz üsulu;

9. Potensiometrik analiz üsulu;

10. Elektroqravimetrik analiz üsulu;

11. Konduktometrik analiz üsulu;

12. Nefelometriya;

13. Məhlulların hazırlanması;

14. Kristallohidratın kimyəvi formulunun təyini;

15. Duzların hidrolizi.

Kolloid kimya

.Kolloid kimya laboratoriyasında aparılan laboratoriya işləri:

1. Kolloid məhlulların hazırlanması və xassələrinin öyrənilməsi;

2. Emulsiyaların hazırlanması və tipinin təyini;

3. Maye-maye sərhədində səthi gərilmənin təyini;

4. İzoamil spirtinin adsorbsiyası;

5. Etil spirtinin adsorbsiyası;

6. Sirkə  turşusunun adsorbsiyası;

7. Səthi gərilmə izotermasının qurulması.

Fiziki kimya

.Fiziki kimya laboratoriyasında aparılan laboratoriya işləri:

1.Reaksiyanın sürətinə temperaturun təsirinin öyrənilməsi və aktivləşmə enerjisinin təyini;

2. Kimyəvi reaksiyanın sürət sabitinin təyini;

3. Paylanma əmsalının təyini;

4. Ebulioskopik üsulla həll olmuş maddənin molekul çəkisinin təyini;

5. Sistemin ərimə diaqramlarının qurulması;

6. Neytrallaşma istiliyinin təyini;

7. Konduktometrik titrləmə;

8. Qüvvətli elektrolit məhlullarının elektrik keçiricilik əmsalının təyini;

9. Zəif elektrolitlərin dissosiasiya sabitinin təyini;

10. Məhlullarda ionların köçürmə ədədinin təyini;

11. Qalvanik elementlərin elektrik hərəkət qüvvəsinin təyini;

12. Binar maye sistemlərində maye-buxar tarazlığının tədqiqi;

13. Hidrogen peroksidin parçalanması reaksiyasının öyrənilməsi;

14. Doymuş buxar təzyiqinin təyini və yüngül uçucu mayenin buxarlanma istiliyinin hesablanması.

Ümumi və qeyri-üzvi kimya laboratoriyası

Ümumi və Qeyri- üzvi kimya laboratoriyasında  aşağıdakı laboratoriya işləri yerinə yetirilir:

1.Qeyri- üzvi birləşmələrin təsnifatı;

2.Ekvivalentin təyini;

3.Kar­bon qazı­­nın molekul­ kütləsinin təyini;

4.Kimyəvi reaksiyaların sürəti;

5.Kompleks birləş­mələr;

6.Məhlullar;

7.Duzların hidrolizi;

8.Oksidləşmə-reduksiya reaksiyaları;

9.Eloktroliz; 10.Suyun codluğu;

11. Metalların ümumu xassələri;

12.Elementlər: N, C, S, Fe+2 , Fe+3 ionlarının təyini.