Laboratoriya


sdasd

Rəna Camalova

Vəzifə: böyük laborant

Elmi dərəcə: -

E-Poçt: camalova.rena@asoiu.edu.az


.Elmi işinə dair 2 Patent (biri beynəlxalq olmaqla), biri beynəlxalq olmaqla 4 tezis və 1 məqalənin müəllifidir.

Qısa bioqrafik məlumat:

1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Qaradağ rayonu 274 saylı məktəbini bitirmişdir. ADNA-nın (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) “Kimya texnologiyası” fakültəsinə daxil olub. Elə həmin universitetin “Mineral gübrələrin kimyəvi texnologiyası” ixtisası üzrə magistr  pilləsinə daxil olmuşdur və 2009-cu ildə bitirmişdir.

Tədqiqat sahəsi:

“Qeyri-filiz mənşəli faydalı qazıntıların ”

Təhsili və elmi dərəcəsi:

Kimya texnologiyası (2003-2007), “Mineral gübrələrin kimyəvi texnologiyası” magistr dərəcəsi (2007-2009), 2018-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universtetində “Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə dissertanturaya daxil olmuş və hal-hazırda təhsilini davam etdirir.

Əmək fəaliyyəti:

2013-cu ildə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Yüksək molekullu birləşmələrin kimyəvi texnologiyası” kafedrasında, 2016-cı ildən “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrası nəznində “Qeyri-üzvi maddələrin texnologiyası” laboratoriyasında böyük laborant vəzifəsində çalışır. 

Seçilmiş əsərləri:

  1. “Neft buruq sularının əlavəsi ilə bərk məişət tullantılarının zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi” Eko energetika elmi-texniki jurnal № 4, Bakı-2018,  s.79-83
  2. “Təbii faydalı qazıntılar, üzvi kompleks və istehsal tullantıları əsasında kompleks gübrə alınması üsulu” “Kimya texnologiyası və mühəndisliyin innovativ inkişaf perspektivləri” Sumqayıt-2019, Beynəlxalq Elmi Konfrans, Sumqayıt Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti
  3. “Bərk məişət tullantılarının, neft buruq suları və naxçıvan darı-dağ mədən suyunun  əlavəsi ilə zərərsizləşdirilməsi və  istifadə texnologiyasının işlənməsi” “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”  Beynəlxalq Elmi Konfrans, Gəncə-2019

           Patentlər:

            «Способ приготовления удобрения из бытовых отходов» Patent (ixtira) “Avroasiya patent təşkilatı” № 032796; 31.06.2019