Laboratoriya


sdasd

Yunis Qəhrəmanlı

Vəzifə: Kafedra müdiri, professor

Elmi dərəcə: texnika elmləri doktoru

E-Poçt: y.gahramanli@asoiu.edu.az


 151 elmi əsəri nəşr olunmuşdur. 41 tezis, 89 məqalə, 9 patent, 9 dərslik və dərs vəsaiti, o cümlədən 3 monorafiyanın müəllifir.

Qısa bioqrafik məlumat:

1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhərinin 248 nömrəli Orta məktəbini bitirərək, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Kimya texnologiya fakültəsinə daxil olub. 1995-ci ildə Kimya texnologiya fakültəsini “Üzvi maddələrin texnologiyası” ixtisası üzrə bitirib. 1995-1999 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının qiyabi aspiranturasında “Yüksəkmolekullu birləşmələrin kimyası” ixtisası üzrə təhsil alıb. 

Tədqiqat sahəsi:

Klinkersiz yapışdırıcılar əsasında kompozisiya materialları, materialların appretləşdirilməsi, köpüklənmiş, odadavamlı və özü-özünə sönən materialların və sorbentlərin işlənib hazırlanması.

Təhsili və elmi dərəcəsi:

Mühəndis kimyaçı-texnoloq (1995), texnika elmləri namizədi (2001), ixtisas üzrə dosent (2012), texnika elmləri doktoru (2016), professor (2018).

Əmək fəaliyyəti:

1995-1998 illərdə “Polichem” Azərbaycan-Almaniya birgə müəssisəsində mühəndis, 1998-2000 illərdə “Ekopolisintez” SC-ı və “Polisintez” müəssisəsində baş mühəndis, 2000-2006 illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində elmi işçi, 2006-2009 illərdə “İmprotex DC” şirkətində baş texnoloq, 2009-cu ildən Universitetin “Neftin, qazın kimyası və texnologiyası” kafedrasında dosent və Kimya texnologiya fakültəsində dekan müavini vəzifələrində işləyib. 2016-cı ildən indiyə qədər “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri vəzifəsində işləyir.   

  Seçilmiş əsərləri:                 

1. Gahramanly Y.N. Study of the sorption of petroleum and petrochemicals from the water surface by polystyrene foam-based sorbents. Petroleum Chemistry. 2011, Vol.51, No.5, p.386-390.

2. Gahramanly Y.N., Gadzhiyeva R.S. Sorption properties of sorbents based on polyvinylchloride foam. Chemistry and Technology of Fuels and Oils, 2012(January), v.47, No.6, p.464-469.

3. Кахраманлы Ю.Н. Особенности сорбции нефти и нефтепродуктов пенополимерными сорбентами на основе смесей полиэтилена с полимерами стирола. Азербайджанское нефтяное хоз-во. 2012. №9, С. 47-52.

4. Кахраманлы Ю.Н. Пенополимерные нефтяные сорбенты. Экологические проблемы и их решения. Монография. Баку: Элм. 2012г. 305с.

5. Кахраманлы Ю.Н. Несовместимые полимерные смеси и композиционные материалы на их основе. Монография. Баку: Элм, 2013, 152с.

6. Gahramanly Y.N., Azizov A.H. Mechanism of Crude Oil and Petroleum-Product Sorption from Water Surfaces by Random Polypropylene Based Polymer Foam Sorbents. Chemistry and technology of fuels and oils, 2014(January), v.49, Issue 6, p.545-550.

7. Gahramanly Y.N. and others. Study of sorption process of oil and oil products with foam polymer sorbents based on high-impact polystyrene. Izvestiya vysshikh uchebnykh zavedenii khimiya I khimicheskaya tekhnologiya. Volume: 60, 2017, Issue: 6, P. 83-88.

8. Gahramanly Y.N., Gurbanova etc. Synthesis of organosilicon compounds for dressing of nanocomposites on basis of quartz and high density polyethylene. Izvestiya vysshikh uchebnykh zavedenii khimiya I khimicheskaya tekhnologiya. Volume: 61, 2018, Issue: 2, P. 65-72.

9. Кахраманлы Ю.Н., Байрамова И.В. и др. Реологические свойства нанокомпозитов на основе   линейного полиэтилена низкой плотности и везувиана. Пластические массы, 2018, №9-10, с.52-55.

10. Gahramanly Y.N., Arzumanova N.B. Sorption of heavy metals by multicomponent foam polymer sorbents. Izv. Vyssh. Uchebn. Zaved. Сhemistry and Chemical Technolojy,  2019, V.62, Issue.5, p.110 -117.

Patentlər:

1. Qəhrəmanlı Y.N. Suyun səthindən neft və neft məhsullarının yığılması üçün sorbent. Patent. i 2013 0015, dərc olunub Bülleten №3, C02, 30.09.2013 il.

2. Qəhrəmanlı Y.N. Polimer kompozisiyası. Patent. i 2013 0016, dərc olunub Bülleten №3, C08, 30.09.2013 il.

3. Qəhrəmanlı Y.N. Suyun səthindən neft və neft məhsullarının yığılması üçün polimer sorbent. Patent. i 2014 0022, dərc olunub Bülleten №3, 30.09.2013 il.