Laboratoriya


sdasd

Minirə Ağahüseynova

Vəzifə: professor

Elmi dərəcə: kimya elmləri doktoru

E-Poçt: minira.agahuseynova@asoiu.edu.az


Elmi əsərləri - 493; Məqalələr– 278; Elmi-tədris nəşrləri– 67; Patentlər-10; Monoqrafiya – 5; Konfrans materialları – 133.

Qısa bioqrafik məlumat:

Ağahüseynova Minirə Məhəmməd Əli qızı 1949-cu ildə Azərbaycanın Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhərində 151 nömrəli orta məktəbi bitirmişdir.Elə həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinə qəbul olmuşdur. 1971-ci ildə İnstitutu “kimya-texnoloq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. M.M.Ağahüseynova əmək fəaliyyətinə “Fiziki kimya” kafedrasında kiçik elmi işçi vəzifəsindən başlamış, sonra “Ümumi kimya”kafedrasında assistent vəzifəsində, sonralar isə baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1991-ci ildə M.M.Ağahüseynova professor elmi adı almışdır. 1993-2016-ci illərdə “Ümumi və qeyri-üzvi kimya” kafedrasında kafedra müdiri vəzifəsində çalışır. 2016-ci ildən indiyə kimi “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru vəzifəsində çalışır.

Tədqiqat sahəsi:

  • Koordinasion birləşmələrin kimyası
  • Metalkompleks kataliz

 Təhsili və elmi dərəcəsi:

  • 1966-1971-ci illər- M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya texnologiya fakültəsinin tələbəsi
  • 1972-1975-ci illər - Azərbaycan Neft Kimya İnstitutunun “ Fiziki kimya“ kafedrasının aspirantı
  • 1977-ci il- kimya elmlər namizədi
  • 1986-cı il - dosent elmi adına layiq görülmüşdür.
  • 1989-cu il- kimya elmlər doktoru
  • 1991-ci il professor elmi adına layiq görülmüşdür.
  • 1998-ci il - Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü
  •  2011-ci il -  Rusiya Təbiət Elmləri akademiyasının müxbir üzvü

Mükafatları:

  • 1991-ci il- “SSRİ Kimya və Neftayırma sənayesi əlaçısı”  fəxri  nişanı
  • 1995-ci il - Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
  • 1997-ci il - Avropa Kimyaçılar Cəmiyyətinin üzvü
  • 1999-cu il - Kembric Bioqrafiya Mərkəzi tərəfindən “İlin Qadını” adına layiq görülmüş
  • 2000-ci il - «Человек Тысячелетия» adı ilə təltif olunmuş
  • 2000-ci il - Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunmuşdur.
  • 2010-cu il - Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür

Əmək fəaliyyəti:

  • 1975-1979-cu illər - Azərbaycan Dövlət Neft Akademiyasının “Fiziki kimya” kafedrasında kiçik elmi işçisi
  • 1983-1985-ci illər - Azərbaycan Dövlət Neft Akademiyasının “Ümumi kimya” kafedrasının baş müəllimi
  • 1985-1990-cı illər - Azərbaycan Dövlət Neft Akademiyasının “Ümumi və qeyri-üzvi kimya” kafedrasının dosenti
  • 1990 ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Ümumi və qeyri-üzvi kimya” kafedrasının professoru
  • 1993- 2016-ci illər - Azərbaycan Dövlət Neft Akademiyasının “Ümumi və qeyri-üzvi kimya” kafedrasının müdiri
  • 2016-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru

Seçilmiş elmi əsərləri:

  1. Агагусейнова М.М., Мамедова С.О.  Комплексная оптимизация фиторемедиационных процессов по очистке земельных участков от тяжелых металлов // «Известия вузов. Прикладная химия и биотехнология» Изд: Иркутск,2016, т.6,№4, с.156-160
  2. Агагусейнова М.М., Г.И.Амануллаева, З.Э.Байрамова Катализаторы реакции окисления бутена-1 в метилэтилкетон // Известия Высших Учебных Заведений, Серия «Химия и Xимическая Технология» Т.61, Вып.2, Иваново 2018, с.53-57
  3. Aghahuseynova M.M., Mikailova M.R. Formation of  Ru nano- composites // Известия Высших Учебных Заведений, Серия «Химия и химическая технология» Т.61, Вып.3, Иваново 2018, c.46-50.
  4. Ağahüseynova M.M., Əmənullayeva G.İ. Bayramova Z.E. 3d-Keçid metallarım oksigenli komplekslərinin sintezi və buten-1-in oksidləşmə reaksiyasında katalitik xassələri // Kimya problemləri, №1(16) Bakı-2018, s.99-104
  5. Aghahuseynova M.M., F.D.Gudratova Synthesis of rhenium phthalocyanine complexes by the reaction of tret-butylphalodinirile with ammonium perranate and peculiarities of their structure // Process of petrochemistry and Oil refining, vol.19, № 4, 2018, p. 450-454.
  6. Агагусейнова М.М., Г.И.Амануллаева, З.Э.Байрамова Каталитические свойства нефтяных марганцевых комплексов // Нефтепереработка и Нефтехимия, 2019, №2,с.32
  7. Агагусейнова М.М., Гурбанова Р.В. Синтез и исследование комплексных соединений замещенных нитрилов с солями переходных металлов // Промышленное Производство и Использование Эластомеров, 2018. №4, с.11-13
  8. Агагусейнова М.М., Ф.Д Гудратова Комплексные соединения рения с N-содержащими гетероциклическими лигандами // Нефтепереработка и Нефтехимия, 2019, №6, с.24

Patentlər:

1. Azərbaycan Respublikasının Patenti İ 2007 0114 . Yüksək oktanlı benzinin alınması üsulu. Sadıqova Y.S. ilə birlikdə

2. Patent İ 2009 0088, İxtiralar, faydalı modellər, sənaye nümunələri. Metiletilketonun alınması üçün katalizator.səh.8. T.M.Hüseynova, G.N.Abdullayeva ilə birlikdə

3. Patent İ 2009 0089, İxtiralar, faydalı modellər, sənaye nümunələri. Metiletilketonun alınması üçün katalizator. səh.9. N.İ.Salmanova, G.N.Abdullayeva ilə birlikdə

4. Azərbaycan Respublikasının Patenti   İ 2018 0032, Metiletilketonun alınması üçün katalizator. Z.E.Bayramova ilə birlikdə

5. Azərbaycan Respublikasının Patenti   İ 2018 0035, Dağ-mədən və neft sənayesi tullantılarının emalı üsulu, Alosmanov M.S., Məmmədov V.A., Feyzullayev Ə.Ə. və s. birlikdə