Laboratoriya


sdasd

Vida Muradxanlı

Vəzifə: dosent

Elmi dərəcə: Kimya elmləri namizədi

E-Poçt: vida.muradxanli@asoiu.edu.az


Muradxanlı Vida Qəzənfər qızı 44 elmi əsərin, o cümlədən 12 məqalə, 27 tezis, 4 fənn proqramı və 1 dərs vəsaitinin müəllifidir.

Qısa bioqrafik məlumat:

1967-ci ildə İrəvan şəhərində (Qərbi Azərbaycan) anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 45 saylı orta məktəbi qızıl medalla bitirərək, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (hazırki ADNSU) kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə həmin fakültəni “Əsas üzvi və neft-kimyası sintezinin texnologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Tədqiqat sahəsi:

Propilenin oksixlorlaşması yolu ilə allilxloridin alınması; oksigenli üzvi birləşmələrin seolit katalizatorları üzərində çevrilməsi

Təhsili və elmi dərəcəsi:

Kimyaçı-texnoloq mühəndisi (1989)

kimya elmləri namizədi (2002)

dosent (2011)

Əmək fəaliyyəti:

1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Xlorüzvi birləşmələr” laboratoriyasında mühəndis  kimi əmək fəaliyyətinə başlamışdır. 1990-1992-ci illərdə həmin institutda əyani aspiranturada təhsil almışdır. 1993-2006-cı illərdə kiçik elmi işçi, 2006-cı ildən “Fiziki kimya” kafedrasında baş müəllim və dosent vəzifələrində işləmişdir. Hazırda  ADNSU-nun“Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının dosentidir.

Seçilmiş əsərləri:

1)  J.I.Mirzai, P.A.Nadirov, A.D.Velieva, V.G.Muradkhanli. Oxidation of Ethanol on NaX Zeolite Modified with Transition Metals. Russian Journal of Physical Chemistry A, 2017, volume 91, N 6, pp.1005–1009

2) Мирзаи Дж.И., Надиров П.А., Велиева А.Д, Мурадханлы В.Г. Окисление этанола на цеолите NaX, модифицированном переходными металлами. Журнал физической химии, 2017, Т.91, № 6, стр.952-956

3) Мурадханлы В.Г. Абгазный хлористый водород и методы его утилизации. Наука, техника и образование, Москва, 2017, 7 (37), стр. 15-18

4) Nadirov P.A., Vəliyeva Ə.D., Muradxanlı V.Q., Mirzai C.İ. Hopdurulma üsulu ilə seolit tərkibli katalizatorların alınması və onların katalitik xüsusiyyətlərinin tədqiqi.  Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri, 2015, cild 17, №6, s.25-29

5) F.A.Həşimov, V.Q.Muradxanlı, N.N.Bağırova, C.İ.Mirzai. Pentasil tipli seolitin buten-1-in çevrilmə prosesində turşuluq və katalitik xassələri. Kimya Problemləri Jurnalı, 2014, №2, s.157-167

6) Дж.И.Мирзаи, А.И.Кожаров, В.Г.Мурадханлы. Синтез и ИК-спектроскопическое исследование кадмийферритных катализаторов окисления сероводорода. I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı. Tezis və məqalələr, Bakı, 2013, s.288-291

7) V.G.Muradkhanli. Some aspects of a problem of hydrogen chloride utilization. Science without borders. Transactions of the International Academy of Science H&E, Innsbruck, 2009, vol.3, p.206-208

8) Mirzai C.İ., Muradxanlı V.Q. Kolloid kimya. Dərs vəsaiti, Bakı, 2011, 372 s.