Laboratoriya

Azerbaijan Journal of Chemical News

Azerbaijan Journal of Chemical News




Tiraj: №2019


Kimya texnologiya fakultəsinin professor-müəllim, dissertant və magistrantlarının nəzərinə!

Kimya texnologiya fakultəsində Azerbaijan journal of chemical newsadlı jurnal nəşr ediləcəkdir.Elmi-praktiki maraq kəsb edən və jurnalın fəaliyyət sahəsinə uyğun gələn məqalələri dərc etmək üçün biz həmişə hazırıq

TƏLƏBLƏR

  1. Jurnal kimya və kimya texnologiyasının aktual problemləri haqqında məqalələr dərc edir. Məqalələr azərbaycan,rus və ingilis dilində qəbul edilir.
  2. Əvvəllər dərc olunmamış məqalələr qəbul olunur. Yalnız konkret eksperimental, nəzəri və s. kimi nəticələri olan məsələlər müzakirə olunur.
  3. Müəllif yaxud müəlliflər tərəfindən imzalanmış varianta işin yerinə yetirildiyi müəssisədən müşayiət məktubu, müvafiq şöbənin (labora- toriyanın, texniki şuranın) iclasının protokolundan çıxarış və müəlliflər haqqında məlumat əlavə olunmalıdır. Bütün materiallar iki nüsxədə təqdim olunmalıdır.
  4. Məqalə (Microsoft Word for Windows, şrift ölçüsü 12 pt, Times New Roman) bir interval məsafə ilə A4 formatında çap olunmuş halda və diskdə təqdim olunmalıdır. Məqalənin mətni (.doc) və qrafiki materiallar ayrı-ayrı fayllarla redaksiyanın elektron ünvanına da göndərilməlidir (mayaabdullayeva@hotmail.com , rena06.72@yandex.ru)
  5. Məqalənin mətni lakonik yazılmalıdır, diqqətlə yoxlanılmalıdır. Düzəlişlərə, qaralamalara, əlavələrə yol verilmir.
  6. Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.0 sm, sağdan – 2.0 sm, yuxarıdan – 3.0 sm, aşağıdan – 3.0 sm.
  7. Məqalənin mətni yuxarı tərəfdə soldan UOT indeksi ilə başlamalıdır.
  8. Sonra vərəqin ortası ilə məqalənin adı, onun altında müəlliflərin inisialları və familiyaları, familiyaların altında məqaləni təqdim edən institutun (müəssisənin və s.) tam adı, elekton ünvani verilməlidir (bir interval boş saxlamaqla). Sonra xırda şriftlə (11 pt) əsas mətndən bir interval sonra annotasiya, bir interval sonra açar sözlər verilməlidir.
  9. Məqalə giriş hissəni (əsaslandırma), işin məqsədini, eksperimentin təsvirini, nəticələri, onların müzakirəsini və xülasəni əhatə etməlidir. GİRİŞ, EKSPERİMENTAL HİSSƏ (EKSPERİMENTİN METODİ- KASI), NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ başlıqları olmalıdır.
  10. Məqalənin ardınca ƏDƏBİYYAT SİYAHISI verilməlidir. Sonra müəlliflərin inisialları, soyadları və Azərbaycan və rus dilində annotasiya
 

verilməlidir.               Hər        annotasiyadan               sonra         müvafiq          dildə         açar        sözlər verilməlidir.

  1. Riyazi və kimyəvi formullar mötərizədə ərəb rəqəmləri ilə, kimyəvi birləşmələr isə rum rəqəmləri ilə nömrələnir. Yalnız mətndə istinad verilən formullar nömrələnir.
  2. Riyazi formullar kompüterdə Microsoft equation 3 və kimyəvi formullar Chem Draw proqramı ilə kiçik və böyük hərflərin aydın fərqlənməsi şərti ilə yığılmalıdır. İndekslər və dərəcələr aid olduqları simvollardan ciddi surətdə yuxarıda, ya da aşağıda yazılmalıdır. Yunan əlifbası ilə işarələr simvol cədvəlindən qoyulmalıdır.
  3. Mətndə bir kimyəvi birləşmənin adı  bir  dəfədən  çox  xatırlanırsa,  birinci dəfə onun tam adı və mötərizədə qısaldılmlş adı, daha sonra isə mötərizəsiz yalnız qısa adı göstərilməlidir.
  4. Fiziki ölçü vahidləri sм/san, kkal/mol, kq m-2saat-1 və s. kimi verilməlidir. 15.Onluq kəsrlərdə tam kəsrdən nöqtə ilə ayrılır (2.68, 1.03 və s.).
  1. Kimyəvi birləşmələrin (alkil – Alk, aril – Ar, heterosikl – Het, Halogen – Hal və s.) və fiziki-kimyəvi analiz metodlarının (NMR – nüvə-maqnit rezonansı, MQX – maye-qaz xromatoqrafiyası və s.) işarənlənməsi üçün standart ixtisarlardan istifadə etmək olar.
  2. Müəllif tərəfindən qəbul olunmuş qeyri-standart işarələr və ixtisarlar özü tərəfindən ilk işlənmə zamanı izah olunmalıdırlar.
  3. Qrafiki materiallar .jpg formatında, excel və digər qrafiki proqramlarla hazırlanmışsa originalı verilməlidir. Şəkillərdəki işarələr və ölçulər mətnə və şəkilaltı yazılara uyğun olmalıdır.
  4. Cədvəllərin adı cədvəlin çərçivəsinə qədər çap olunur.

Cədvəl 1. parametr asılılıqları………….

 

 

 

 

 

  1. Mətndə ədəbiyyata istinad kvadrat mötərizələrdə verilir. 21.Müəlliflərin hamısı göstərilir

22.Ədəbiyyatın tərtib olunması nümunələri.

Kitablar, monoqrafiyalar:

  • Семенов Н.И. Цепные реакции. М.: Госхимиздат, 1934. 300 с. (или С. 45.)
  • Энергии разрыва химических связей. Потенциалы ионизации и сродство к электрону / Под ред. Гурвича Л.В. М.: Наука, 1974. С. 82.

Jurnal və məcmuələr: