Laboratoriya

Magistr təhsili

2020/2021-ci tədris ilində ADNSU-nun magistraturasına qəbul olmaq arzusunda olan bakalavrlara kömək məqsədi qəbul imtahanlarının I mərhələsi üçün nəzərdə tutulmuş “Məntiqi təfəkkür”, “İnformatika” və “Xarici dil” (İngilis və Rus) fənnləri üzrə hazırlıq kurslarının təşkil edilir.

   Təhsilin ikinci pilləsi:   Magistratura 

                                                                                         ÜMUMİ MƏLUMAT

Tədris prosesinə  savadlı və bilikli gənc kadrların cəlb  olunması üçün magistratura hazırlığına böyük ehtiyac vardır. Bu baxımdan hazırda magistratura pilləsində müxtəlif ixtisaslaşmalar üzrə tələbələrimiz təhsil alırlar. Kimya Texnologiya Fakultəsinin Magistratura pilləsində 282 tələbə təhsil alır. Hazırda Kimya Texnologiya Fakultəsində  magistraturanın 1-ci kursunda bütün ixtisas və bölmələr üzrə cəmi 166 tələbə,  2-ci kursunda isə  116 tələbə təhsil alır. 

            İXTİSASLAR:

            12 ixtisas üzrə magistr hazırlıgı aparılır.

                Magistr hazırlıgı üzrə:

  1. Neft-kimya sintezinin texnologiyası”
  2. Polimerlərin kimyəvi texnologiyası”
  3. Polimer və kompozisiya materiallarının emalı texnologiyası”
  4. “Qeyri-üzvi maddələrin istehsal texnologiyası”
  5. “Bərk tullantıların emalı texnologiyası”
  6. Neftin Emalı Texnologiyası
  7. Karbohidrogen Qazların Emalı Texnologiyası
  8. Neft Kimya Proseslərinin Kibernetikası
  9. Kimya Texnologiyasının Proses-aparatları
  10. Ətraf Mühit və Neft Sənayesi
  11. Neft və Kimya sahəsində ətraf mühitin mühafizəsi
  12. Bərk tullantıların emalı Texnologiyası