Laboratoriya

ADNSU tələbələrinin nəzərinə

image


1. İnternet problemi olan ADNSU tələbələri ixtisasları üzrə müvafiq fakültə dekanlıqlarına müraicət edə və internet paketlə təmin oluna bilər;
2. ADNSU-da ötən tədris ilində elan olunmuşdu ki, 2020/2021-ci tədris ilində tələbələrə imtahan sualları verilməyəcək - dünyanın bir sıra ölkələrində, nüfuzlu ali məktəblərdə olduğu kimi. İmtahan vaxtı suallar yalnız tədris olunan dərsləri əhatə edəcək. Tələbələrə tədris olunmayan dərslərdən suallar salınmayacaq. 
3. Pandemiya ilə əlaqədar əgər tələbələrə keçilməli olan 12 həftə dərs əvəzinə 8-10 həftə dərs keçilmiş olacaqsa, imtahan zamanı yalnız həmin müddətdə keçilən dərslər nəzərə alınaraq suallar tərtib olunacaq. 
4. Kurs işlərində mümkün 20 baldan minimal 10 bal toplamaq şərti yoxdur. Tələbə 0 bal toplasa belə imtahanda iştirak edəcək.
5. Təqdimatların qiymətləndirilməsi zamanı tələbələrin onlayn dərslərdə iştirakı, fəallığı, fənni mənimsəmə kimi amillər nəzərə alınmaqla qiymət yazılacaq.
6. ADNSU-da yeni tədris ilindən tələbə bileti və təqaüd kartı inteqrasiya olunaraq vahid kart şəklində verilir (tələbə bileti həm də təqaüd kartıdır). Pandemiya ilə əlaqədar qəbul imtahanları, universitetə qəbul olanların qeydiyyat prosesi gec başladığından və uzun müddət çəkdiyindən I kurs bakalavr və I kurs magstrlərin kartları gecikir. Dekabrın 10-dək bütün I kurslar katlarını alacaqlar və təqaüdlər yüklənmiş olacaq. Digər kurslarda təhsil alan tələbələr təqaüdlərini alıblar. 
 

2020-11-23