Laboratoriya

ADNSU-nun 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib

image

Dekabrın 24-25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) (Kimya-Texnologiya fakültəsinin) təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunmuş “Kimya mühəndisliyinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib.

Onlayın formatda keçirilən video-konfransa yerli təşkilatlar, universitetlər, tədqiqat institutları, həmçinin alim və professorlarımızla yanaşı, dünyanın 10-dan yuxarı ölkəsindən universitet rəhbərləri, dünyaca  məşhur alimlər qatılıblar.

Beynəlxalq Elmi-Texniki Konfransda ADNSU-nun KTF-nin “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirov, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova və digər iştirakçılar konfransın əhəmiyyətindən danışaraq müasir kimya elminin hədəfləri və yeniliklərindən, bu istiqamətdə əldə olan aktual problemlərdən və yeni inkişaf meyilərindən danışıblar. Həmçinin qeyd olunub ki, belə bir tədbirin ADNSU-nun 100 illiyi ərəfəsində keçirilməsi universitetin 100 illik yubileyini çox böyük nəticələrlə qarışlamasının göstəricisidir.

Professor Fariz Əmirov çıxış zamanı konfrans haqqında iştirakçılara məlumat verib. Bildirib ki, konfransın əsas məqsədi yerli və xarici elm, təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin müəyyən edilməsi və köhnə əlaqələrin möhkəmləndirilməsi, həmçinin kimya mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərinin işıqlandırmasıdır.

250 nəfərə yaxın iştirakçı ilə keçirilən video-konfransa Rusiya, Ukrayna, Türkiyə, İspaniya, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələrdən 65 alim və məruzəçi qatılıb. Ümumilikdə konfransa 300-ə yaxın material təqdim olunub. Məqalə və tezis formasında qəbul olunan bu materialar müvafiq araşdırmalardan sonra nüfuzlu yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

İki gün davam edən konfrans maraqlı elimi müzakirələr və məruzələrlə öz işini başa vurub.

2020-12-26