Laboratoriya

ADNSU tələbələri beynəlxalq sertifikatla təltif olunub

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya Fakültəsinin (KTF)  “Organic Chemistry” fənni üzrə kursu müvəffəqiyyətlə başa vuran tələbələrinə setifikatlar verilib.  2021-ci il 1 oktyabr – 2022-ci il 15 may tarixlərində keçirilən “Organic Chemistry” fənninin tədrisi Amerika Birləşmiş Ştatlarının Auburn Universitetinin  professoru Rəşad Kərimov tərəfindən onlayn formatda tədris olunub. Bununla bağlı olaraq fakültənin dekanı,  professor Sevinc Məmmədxanova və “Kimya və qeyri üzvi maddələrin texnologiyası” kafedrasının müdiri,  professor Yunis Qəhrəmanlı imtahandan uğurla keçən tələbələri Auburn Universiteti və ADNSU tərəfindən təqdim olunan ikili sertifikatla təltif ediblər.

2022-09-25