Laboratoriya

Ecological engeenering

Ekologiya mühəndisliyi ixtisası üzrə 181 tələbə bakalavr pilləsində təhsil alır. Ekologiya  mühəndisliyi ixtisası üzrə 4 il ərzində bakalavar pilləsində aşağıdakı fənlər tədris olunur.

KİMYA  TEXNOLOGİYA FAKÜLTƏSİ

Mühəndisliyin əsas sahələrindən biri olan kimya mühəndisliyi xam maddələri gündəlik, faydalı məhsullara çevirməklə maraqlanır. Geyim əşyalarımız, istifadə etdiyimiz qida məhsulları və hətta istifadə etdiyimiz enerji kimya mühəndisliyindən asılıdır. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına yardım edir.

Kimya mühəndisləri dərman, yanacaq, qida və bir çox digər məhsulların istehsalı və istifadəsi zamanı yaranan problemlərin həll etmək üçün kimya, biologiya, fizika və riyaziyyatın əsas prinsiplərindən istifadə edir. Onlar böyük miqyaslı istehsal üçün proses və avadanlıq dizayn edir, istehsal yolları və yan məhsulların emalını, birbaşa təsis əməliyyatlarını planlaşdırır və sınaqdan keçirir.

 

Ekologiya elmi həm elm sahəsi olaraq, həm də ekologiya mühəndisliyi bölməsi olaraq çox vacibdir. Ekologiya mühəndislərinin daha çox işi zavod və fabriklərdən çıxan zəhərli tüstülərin, ekoloji baxımdan zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmaması və dənizə axıdılmasının qarşısını almaqdır. Ekologiya mühəndisləri tullantı sularını təmizləyib insanların istifadəsi üçün yararlı vəziyyətə gətirməlidir. Ekologiya mühəndisləri ətraf mühitin problemlərinin həllinə mühəndis tərəfindən yanaşır. Ekologiya mühəndisləri tullantıların idarə olunması, digər ekoloji problemlərin hava çirklənməsi, alternativ enerjinin inkşafına və digər bunun kimi sahələrə yardım edə bilər. Tullantı suların təmizlənməsi, içməli suların təmizlənməsi, bərk məişət tullantılarının təmizlənməsi, onların təkrar istehsalı, yenidən istifadəsində istifadə olunur. Azərbaycanda ekologiya mühəndislərinin neft şirkətlərində əsas işi dənizə atılan neft tullantılarını, suda olan neft ləkələrini təmizləmək və yaxud quruda olan neftlə çirklənmiş torpaqların təmizlənməsi işi ilə məşğul olurlar. Ekologiya mühəndisinin gördüyü iş bir kimya mühəndisinin görəcəyi işdən daha genişdir.

Gündəlik və istehsalat təcrübələri

Kimya Texnoligiya fakültəsinin tələbələri vaxtaşırı olaraq iş həyatına hazırlıq məqsədi ilə, nəzəri bilikləri daha da mükəmməlləşdirmək üçün müxtəlif  institutlara, zavodlara gündəlik və istehsalat  təcrübələrinə gedirlər. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyinin nəzdindəki AQT İnstitutunu, AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunu, “Neft-kimya Prosesləri institutunu”, AMEA akademik  Murtuza Nağıyev adına «Kataliz və Qeyri-üzvi kimya» İnstitutunu, Azərsu Açıq Səhmdar Cəmiyyətini SOCAR Karbamid Zavodunu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu, «FAB boya MMC» şirkətini, SOKAR Polimer  zavodunu, “Holtcim” şirkətini, Azərbaycan Sənaye Koorporasiyası “Fortis Qrup” MMC şirkətini, Xırdalan kərpic zavodunu, “Əlvan metallar və ferroərintilər” zavodunu, Bakı Stil Kompani şirkətini, Azər Qold şirkətini və s. misal göstərmək olar.