Laboratoriya

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

image

Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor. 
Ancaq, bütün bu rəsmi adlardan başqa Mustafa müəllim, ADNSU-ya rəhbərlik etdiyi dönəmdə həm də müəllim üçün ən vacib olan bir adı ucaltdı-VİCDAN. Mustafa müəllimin, tələbələrə, təhsilə vicdanlı münasibəti bu təhsil ocağının naliyyətlərinin artmasına səbəb oldu.  Son illər ərzində əldə etdiyimiz naliyyətləri sadalamaqla bitməz. Ancaq, ADNSU-nun arxada qoyduğu 100 illik tarixin belə şərəflə davam etməsində Mustafa Babanlı şəxsiyyətinin rolu danılmazdır. Bu il ölkəmizin ən qocaman ali məktəblərindən biri olan ADNSU-nun 100 illik yubileyi qeyd olunur. Bu tarixi anı universitetimizin əməkdaşı olaraq yaşamaq özü çox qürurvericidir. Amma 100 illik yubileyinə ADNSU-nun ən müasir standartlara cavab verən ali məktəb kimi daxil olması üçün Mustafa müəllimin Təhsil nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi islahatların iştirakçısı olmaq ikiqat qürurvericidr. Bu gün nəinki ADNSU-da çalışan və təhsil alan, o cümlədən ölkəmizdə Azİİ-yə könüldən bağlı olan onminlərlə məzun və vatəndaşımıza bu qürur hissini yaşadan Mustafa müəllimin doğum günüdür. Mustafa müəllimi ADNSU-nun çoxminli müəllim və tələbə kollektivi adından təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycanda texniki və mühəndis təhsilinin inkişafına yönəlmiş fəaliyyətində uğurlar arzulayırıq.

2020-02-21